
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya dünya çempionatının 1/4 finalında qarşılaşdıqları İspaniya ilə oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında bu fikirləri səsləndirib:
"İspaniyaya qarşı çox yaxşı oynadıq. Amma bu cür matçlarda ən kiçik səhvə belə yer yoxdur və biz iki dəfə yanlışlığa yol verdik. Yuri Tilemans oyundan əvvəl zədələndi, Kurtua isə matç zamanı sıradan çıxdı. Kevin De Bröyne də oyunu sona qədər davam etdirə bilmədi. Böyük oyunların taleyini xırda detallar həll edir. Belə güclü komandaya qarşı nə hədiyyə vermək, nə də səhv etmək olar. Təəssüf ki, məhz buna görə mübarizəni dayandırdıq".
Qeyd edək ki, İspaniya Belçika yığmasını 2:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.