
İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatının 1/4 finalında Norveçə qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında “Holand yaxşıdır, yoxsa Harri Keyn?” sualını cavablandırıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, ingilis futbolçu “Holand Harri Keyndən yaxşıdırmı?” sualına belə cavablandırıb:
"Buna cavab vermək mənim üçün qeyri-mümkündür. Əvvəla, düşünürəm ki, biz tamamilə fərqli oyunçularıq. İkimizin də yüksək səviyyəli hücumçu olduğumuzu bilsəm də, düzünü desəm, demək olar ki, iki fərqli mövqedə oynayırıq. Holand inanılmaz dərəcədə yaxşı çıxış edir, onun qol rekordları da göz önündədir. Fiziki cəhətdən o, bir maşın kimidir həmçinin, bir canavardır. Son vuruşları çox yüksək səviyyədədir. Özümü isə fərqli oyunçu olaraq görürəm. Topla bir az daha çox oynamağa, oyunda daha çox iştirak etməyə üstünlük verirəm. Amma mən də əsl "9 nömrə" kimi oynaya bilirəm. Təbii ki, sabahın sakit keçməsini istəyirəm".
Qeyd edək ki, İngiltərə və Norveç arasında 1/4 final matçı 12 iyul bazar günü Bakı vaxtı ilə 01:00-da başlayacaq.
Əlisahib İbrahimli