
“Atletiko Madrid” yeni transfer həyata keçirib.
Fanat.Az xəbər verir ki, informasiyanı İspaniyanın "Marca” qəzeti yayıb.
Mənbənin məlumatına görə, Madrid nəhəngi yarımmüdafiəyə transfer reallaşdırdığını rəsmən elan edib. "Atletiko Madrid" bu gün "Sportinq Lissabon"dan danimarkalı yarımmüdafiəçi Morten Yulmann ilə müqavilə imzalayıb. Klub onunla 2031-ci ilə qədər qüvvədə olacaq beş mövsümlük müqaviləyə imza atıb. Transfer qiyməti 40 milyon avro müəyyənləşdirilib.
Qeyd edək ki, Yulmann bu mövsüm 45 matçda çıxış edib. O, bu görüşlərdə 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli