
İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino Fransa seçməsinə qarşı keçiriləcək dünya çempionatının yarımfinal oyunu barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun fikirlərini belə təqdim edib:
"Yüksək performans sərgiləməliyik. Xüsusilə həlledici anlarda öz oyunumuzu oynamalı və meydanda dominantlıq etməliyik. Rəqib təkbətək mübarizələrdə güclüdür və fərdi ötürmələrə əsaslanır. Ona görə də hər birimiz yadda saxlamalıyıq: topla olan istənilən oyunçu qol vurmaq imkanı yarada bilər. Səhvin qiyməti çox yüksəkdir, ona görə də maksimum konsentrasiya hər kəs üçün vacibdir".
Mikel Merino İspaniyanın Portuqaliya və Belçika ilə ilə oyunlarında 85-86-cı dəqiqədə əvəzetmədən meydana daxil olub və demək olar, topa ilk toxunuşlarında qol vuraraq komandasının mərhələ adlamasını təmin edib.
Xatırladaq ki, İspaniya və Fransa milli komandaları arasında oyun sabah, 14 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa