
Türkiyə nəhəngi "Qalatasaray" hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, Mauro İkardi ilə tam razılığa gələ bilməyən "cimbom" üzünü Fransa 2-ci liqasına tutub.
"Sarı-qırmızılar" "Sent-Eten"in formasını geyinən Lyuka Stasseni heyətinə qatmağa hazırlaşır. Bazar dəyəri 15 milyon avro olan oyunçu ilə danışıqlara başlanıldığı iddia edilir. "Qalatasaray" oyunçunu daha aşağı məbləğə əldə etməyə çalışır. Lakin Portuqaliya nəhəngləri "Braqa" ilə "Portu" da onunla maraqlanır. 21 yaşlı forvard təklifləri dəyərləndirir.
Qeyd edək ki, bu mövsüm 33 matça çıxan Stassen 11 qol və 7 asistlə yadda qalıb.
Əlisahib İbrahimli