
"Strasburq"un yeni baş məqçisi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisini Uqo Oliveyra çalışdıracaq. 41 yaşlı portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Uqo Oliveyranın son iş yeri Portuqaliyanın "Famalikan" klubu olub. Komanda onun rəhbərliyi altında ölkə çempionatını 5-ci pillədə başa vuraraq tarixinin ən yaxşı nəticəsinə imza atıb. "Strasburq" isə 2025/2026-cı mövsümündə liqada 8-ci yerdə qərarlaşıb.
Əlisahib İbrahimli