
"Kriştianu Ronaldu heç vaxt milliyə problem yaratmayacaq".
Fanat.Az "Goal.com"-a istinadla xəbər verir ki, bunu Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jesuş bildirib.
O, "Əl-Nəsr"də birlikdə qazandıqları uğurları xatırladaraq CR7-nin millidə də planlarında yer alacağını burğulayıb.
Qarşısına yığmanı DÇ-2030-a çıxarmaq tapşırığı qoyulan və bunun üçün dörd illik müqavilə imzalayan 71 yaşlı mütəxəssis Ronaldunun yaşına baxmayaraq beynəlxalq arenada hələ də çox şey təklif edə biləcəyinə inanır:
"Oynadığı və seçim üçün mövcud olduğu müddətcə, mən onu müəyyən məhdudiyyətlər daxilində və milli komanda üçün ən yaxşı hesab etdiyim şərtlər daxilində güvənəcəyəm. Mən hələ Ronaldu ilə danışmamışam. O, nə komanda, nə də mənim üçün heç vaxt problem olmayacaq. Keçən il onunla işləməkdən həqiqətən zövq aldım; onunla işləmək çox asandır".
Jezuş 41 yaşlı oyunçunu "Portuqaliya futbolunun simvolu" adlandırıb.
Xatırladaq ki, Jezuş "Braqa", "Benfika", "Fənərbağça" klublarını çalışdırıb.
Əlisahib İbrahimli