
ABŞ-ın "Kolumbus Kryu" klubunda çıxış edən azərbaycanlı vinger Nəriman Axundzadə komandasının heyətində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "Kolumbus Kryu" yoxlama oyununda İngiltərə təmsilçisi "Börnli" ilə üz-üzə gəlib.
"ScottsMiracle-Gro Field" stadionunda baş tutan qarşılaşmada baş məşqçi Nərimana ilk "11-lik"də şans tanıyıb.
Gərgin keçən yoldaşlıq oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hesabı 49-cu dəqiqədə "Kolumbus Kryu"nun heyətində Qazdaq açsa da, "Börnli" 88-ci dəqiqədə Adevuminin qolu ilə bərabərliyi təmin edib.
Hazırda 15 oyundan sonra hesabında 16 xal olan “Kolumbus Kryu” turnir cədvəlində 10-cu pilləsində mövqe tutub. Komanda MLS liqasında fasilədən sonrakı ilk oyununu 23 iyulda "Nyu York Siti"yə qarşı keçirəcək.
Kamil Xudiyev