
Hazırda davam edən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsi başlayır.
Fanat.Az xəbər verir ki, bu gün ilk finalçının adı bəlli olacaq.
1/2 finalın ilk oyununda Fransa İspaniya ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşma Dallasda keçiriləcək.
Digər finalçının adına sabah baş tutacaq İngiltərə – Argentina duelində aydınlıq gələcək.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundialdakı mübarizə iyulun 19-da yekunlaşacaq.
DÇ-2026
1/2 final
14 iyul
23:00. Fransa – İspaniya
Baş hakim: İvan Barton (Salvador).
Dallas (ABŞ). "Dallas Stadium".