
Dünya çempionatının 1/2 finalının ilk oyununda Fransa ilə İspaniya milli komandaları üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, beləliklə, bu gün ilk finalçının adı bəlli olacaq.
Komandalar indiyə kimi dəfələrlə, konkret, 39 dəfə qarşılaşıblar. 18 matçda İspaniya qələbə qazanıbsa, 13 görüşdə Fransa üstün olub. 7 görüş isə heç-heçə başa çatıb. Bunlardan 13-ü beynəlxalq turnirlərə təsadüf edib.
Tərəflər arasındakı ən son matç 2025-cil də keçirilən Millətlər Liqasında qeydə alınıb. Bu qarşılaşmanın bugünkü oyunla oxşarlığı 1/2-də baş tutmasıdır. Həmin görüşdə ispanlar 5:4 hesabı ilə qalib gəliblər.
Daha bir görüş isə yenə yaxın keçmişə təsadüf edir. Tərəflər AÇ-2024-cü ildə yarımfinal matçında üz-üzə gəliblər. İlk qolu "xoruzlar" Kolo Muaninin sayəsində vursalar da, Lamin Yamal və Dani Olmo "qırmızılar"a kuboku qazandırıb - 2:1.
2021-ci ildə Millətlər Liqasının finalında görüşən Avropa nəhənglərinin duelində Fransa 2:1 qalib gəlib.
DÇ-2014-ün qrup oyunlarında qarşılaşan millilərin duellərindən birində 1:1 hesabı qeydə alınıb, digər oyunda isə İspaniya millisi 1:0 hesablı qələbə qazanıb.
Komandaların son 15 ildəki görüşlərinə baxdıqda, AÇ-2012-də də qarşılaşan tərəflərin mübarizəsindən yenə İspaniya qalib ayrılıb. Xabi Alonsonun atdığı qollarla 2:0-lıq nəticə əldə edən "qırmızılar" yarımfinala yüksəliblər.
Xatırladaq ki, bugünkü qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Dallasda keçiriləcək görüşü Salvadordan olan referi İvan Barton idarə edəcək.
Əlisahib İbrahimli