
İsveçrə millisinin qapıçısı Yann Sommer karyerasını Belçikada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qolkiper "Brügge"yə keçib. Bu barədə klubun saytı məlumat yayıb.
"Brügge" Sommerlə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Sommer son üç mövsümdə "İnter"də oynayıb. Təcrübəli qapıçı Milan təmsilçisi ilə iki dəfə A Seriyasının, bir dəfə İtaliya Kubokunun və bir dəfə İtaliya Superkubokunun qalibi olub.
Əlisahib İbrahimli