
İspaniyanın "Atletiko Madrid" klubu "Barselona"nın müdafiəçisi Ronald Arauxonu heyətinə qatmaq istəyir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone Arauxonu klubda görmək istəyir.
Uruqvaylı oyunçunun argentinalı hücumçu Xulian Alvaresin "Barselona"ya keçidində birbaşa və ya dolayı yolla iştirakı mümkündür.
Xatırladaq ki, Arauxonun "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.
Əlisahib İbrahimli