
Misir millisinin vingeri Məhəmməd Salah karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "ONTime Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, o, "Çelsi"dən aldığı təklifə müsbət yanaşır. Salahla "Çelsi" arasında hələ razılıq əldə olunmasa da, 34 yaşlı cinah oyunçusunun yaxın çevrəsinə İngiltərədə yenidən çıxış edəcəyi təqdirdə yalnız "mavilər"in formasını geyinmək istədiyini dediyi bildirilir.
Xatırladaq ki, misirli futbolçu doqquz illik "Liverpul" karyerasını başa vurduqdan sonra azad agent statusu alıb.
O, Premyer Liqada keçirdiyi 300 oyundan cəmi 6-sında "Çelsi"nin, qalan 294 matçda isə "Liverpul"un formasını geyinib. Bu mövsüm keçirdiyi 41 matçda isə 12 qol, 10 asistlə yadda qalıb.
Əlisahib İbrahimli