
"Şamaxı" klubu gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb.
Fanat.Az xəbər veri ki, keçidi klubun mətbuat xidməti yayıb.
Bölgə təmsilçisi 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Tornike Axvlediani son olaraq Gürcüstanın "İberiya 1999" komandasında çıxış edib.
Qeyd edək ki, "Şamaxı"nın Tornike Axvlediani ilə anlaşdığını Fanat.Az iki həftə əvvəl xəbər vermişdi.