
"Qarabağ" azarkeşlərinin sevimli futbolçularından biri olmuş Muarem Muarem məşqçilik karyerasında yeni və mühüm addım atıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı mütəxəssis Şimali Makedoniya Birinci Liqasının yeni təmsilçilərindən olan "Skopye" klubu ilə rəsmi müqavilə imzalayıb.
Karyerası ərzində uzun illər Ağdam təmsilçisinin uğurları üçün tər tökən və qazandığı çempionluqlarla azarkeşlərin qəlbində xüsusi yer tutan sabiq yarımmüdafiəçi, bundan sonra gənc baş məşqçi kimi "Skopye"nin uğurları üçün çalışacaq.
Muarem Muarem "Qarabağ"ın heyətində keçirdiyi illər ərzində ümumilikdə 169 rəsmi matçda meydana çıxıb, bu oyunlarda 28 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Kamil Xudiyev