
İspaniya millisinin və "Atletik Bilbao" klubunun futbolçusu Aymerik Laport yayda komandasını dəyişə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi "Real"a təklif olunub.
Onun bazar dəyəri 8 milyon avrodur. Lakin paytaxt təmsilçisi hələlik qərar verməyib.
Qeyd edək ki, hazırda İspaniya millisinin əsas heyət üzvlərindən hesab olunan Laport ötən mövsüm 30 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli