
"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sı ilə üz-üzə gələcək. Sofiya komandası ilə görüşlər ərəfəsində "köhlənlər"in və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "hərbçilər"lə duellərdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az həmin açıqlaması belə oldu:
"Qarabağ"ın yenilənmiş heyəti ilə bağlı çatışmazlıqlarına baxmayaraq, hər iki oyunda qələbə qazandıq, amma unutmamalıyıq ki, kimə qalib gəldik. Yəni bu uğuru İslandiyada aşağı liqaya düşən bir komanda ilə oyunda əldə etdik. Ona görə də bu matç "köhlən atlar"ın əsl gücünün göstəricisi sayılmamalıdır. O ki qaldı ÇSKA-ya, onların indiki vəziyyəti təmsilçimizi sarsıdacaq səviyyədə deyil. Bolqarıstan futbolu, ümumiyyətlə, son on ildə ən böyük böhran dövrlərindən birini yaşayır. Hesab edirəm ki, "qızıllar" "Qarabağ"a qalib gəlmək iqtidarında deyillər. Ancaq bunu da qeyd etməliyəm ki, Ağdam təmsilçisi də özünün ən yaxşı formasından uzaqdır. Yenə də mənə elə gəlir ki, "əsgərlər"in də hələ tam komplektləşməmiş komandamızı yenəcək gücü yoxdur. Bolqar futbolu haqqında çox da böyük bir bilgiyə sahib deyiləm. Amma ən azı "ağ göylər"in heyətlərində Çudomir kimi bolqar köməkçi məşqçi var. O, Bolqarıstandakı bütün klubların hansı səviyyədə olduğunu bilir və məncə, bu da "Qarabağ" üçün bir üstünlükdür".
Xatırladaq ki, ilk matç iyulun 23-də Bakıda keçiriləcək. Qarşılaşmanın start fiti 21:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli