
ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında bu gün bürünc mükafatçı bəlli olacaq.
Fanat.Az xəbər verir ki, üçüncü yer uğrunda oyun Mayamidə baş tutacaq.
"Bürünc" uğrunda dueldə Fransa və İngiltərə milliləri üz-üzə gələcəklər.
Mayamidə keçiriləcək qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
Qeyd edək ki, final oyunu sabah baş tutacaq. Mundialın qalibi İspaniya və Argentina görüşündə müəyyənləşəcək.
DÇ-2026
3-cü yer uğrunda oyun
19 iyul
01:00. Fransa - İngiltərə
Baş hakim: Xesus Valensuela (Venesuela).
Mayami (ABŞ). "Miami stadium".