
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə uduzduqdan sonra gələcəyi barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Albiceleste" onun fikirlərini belə təqdim edib:
"Hər kəsin arzuladığı bir vəzifəyə məni təyin etdiyinə görə Argentina Futbol Assosiasiyasının prezidentinə minnətdaram. Əlimizdən gələni etdik. Düşünürəm ki, gələcəklə bağlı düşünmək üçün vaxta ehtiyacım var.
Bu, möhtəşəm bir işdir. Çox şey etməliyik: yenidən başlamalı, komandanı yeniləməliyik. Bu çətindir. Müqaviləmi razılaşdıracağam, sonra görəcəyik".
Məşqçinin AFA ilə müqaviləsinin müddəti 31 dekabr 2026-cı ilə qədər qüvvədədir.
Mirağa