
Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da rəqibini tanıyacaq.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
"Sabah"ın ÇL-in III təsnifat mərhələsindəki potensial rəqibləri bəllidir:
"Larne" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi
"Tun" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
"İberiya" (Gürcüstan) - "Slovan" (Slovakiya) cütünün qalibi
"Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi
"Eqnatiya" (Albaniya) - "Sele" (Sloveniya)
"Omoniya" (Kipr) - "Kayrat" (Qazaxıstan)
Valdas Dambrauslasın baş məşqçisi olduğu ölkə çempionu ilk mərhələdə Uels təmsilçisi TNS- hər iki görüşdə üstələyib (2:0, 2:1). "Bayquşlar" ikinci mərhələdə Finlandiya çempionu "KuPS" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, üçüncü mərhələnin qalibləri pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bu mərhələdə Çempionlar Yolunda məğlub olan komandalar UEFA Avropa Liqasının pley-off mərhələsinə keçirlər. Liqa Yolunda məğlub olan komandalar isə UEFA Avropa Liqasının liqa mərhələsində mübarizə aparacaqlar.
Xatırladaq ki, üçüncü təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-i , cavab görüşləri 11-də keçiriləcək.