
Bu gün avrokuboklarda 2026/27 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, son illərdən fərqli olaraq, mübarizəyə birbaşa UEFA Avropa Liqasından başlayan "Qarabağ" da növbəti rəqibini tanıytacaq.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
"Qarabağ" 3-cü mərhələyə adlasa, potensial rəqibləri bu komandalar olacaq:
"Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi
"Şturm" (Avstriya) - "Harts" (Şotlandiya) cütünün məğlubu
"Fənərbağça" (Türkiyə) - "Qurnik" (Polşa) cütünün məğlubu
"Köhlənlər" 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" kollektivini hər iki oyunda 3:0 yenib. Qurban Qurbanovun komandası 2-ci mərhələdə Bolqarıstan çempionu ÇSKA ilə qarşılaşacaq.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları avqustun 6-sı və 13-də keçiriləcək.