
“Beşiktaş”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Midtyulland”la keçirəcəyi oyunlar üçün təqdim etdiyi heyət açıqlanıb.
Fanat.Az xəbər verir ki, yeni transfer Leandro Trossard İstanbul "qartallar"ın UEFA-ya göndərdiyi siyahıda yer almayıb.
Belçikalı futbolçunun adının heyətə daxil edilməməsinin səbəbi barədə hələki məlumat verilməyib.
Qeyd edək ki, "Beşiktaş" - "Midtyulland" arasında ilk oyun iyulun 23-də İstanbuldakı Tüpraş stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Əlisahib İbrahimli