13:24 21.07.2026 428

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

UEFA Konfrans Liqasında mübarizəni davam etdirən "Zirə"nin növbəti rəqibi Estoniyanın "Payde" kollektivi olacaq. Təmsilçimiz sözügedən komanda ilə ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü bir həftə sonra Bakıda keçirəcək.

Fanat.Az xəbər verir ki, bu, Azərbaycan klublarının Estoniya təmsilçiləri ilə üçüncü dueli olacaq.

Təmsilçilərimiz əvvəlki duellərdə həmin ölkə klublarına qarşı hansı nəticələrlə yadda qalıb? 

Estoniyalarla avrokuboklarda 2 klubumuzun yolu kəsişib. Söhbət "İnter" və "Xəzər Lənkəran"dan gedir. Hər iki duel 2012/13 avrokubok mövsümünə təsadüf edib. UEFA Avropa Liqasında mübarizə aparan Kaxaber Tsxadadzeli “İnter” Estoniyanın “Narva Trans” komandasını 5:0 hesabı ilə məğlub etməklə Azərbaycan futbolu tarixində qitəmiqyaslı yarışlarda ilk böyük hesablı qələbə qazan klub adına yiyələnib. Digər görüşdə də inamlı qələbə qazanan sabiq "bankirlər" mərhələni adlayan tərəf olub.

"Xəzər Lənkəran" üçün də estonlar düşərli rəqib kimi yadda qalıb. "Ağ-yaşıllar” ilk dəfə məhz 2012/2013 avrokubok mövsümündə mərhələ adlamağı bacarıb. Avropa Liqasının I təsnifat mərhələsində Estoniya təmsilçisi "Nımme Kalyu" ilə Lənkəranda baş tutan ilk oyun bərabərliklə bitsə də, Yunis Hüseynovun rəhbərlik etdiyi kollektiv səfərdə inamlı qələbə qazanaraq, tarixində ilk dəfə avrokubokda mərhələ adlayıb. Lakin II təsnifat mərhələsində Polşa "Lex”ini keçmək mümkün olmayıb (0:1, 1:1).

Beləliklə, estonlarla 4 oyunun üçündə qələbə qazanmışıq, yalnzı bir görüş heç-heçə bitib. Sözügedən ölkə təmsilçiləri ilə oyunların məhsuldar alındığını da vurğulayaq - 4 matçda 13 qol qeydə alınıb. "Zirə"nin bu mövsümə məhsuldar başladığını, ilk mərhələdə "Torpedo Kutaisi"ni hər iki görüşdə darmadağın etməsini (hər ikisi 3:0 bitib) nəzərə alsaq, "Payde" ilə qarşılaşmaların da bol qollu keçəcəyini proqnozlaşdırmaq olar. 

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda "Payde" səddini keçsə, 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X