
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk günündə 11 oyun keçiriləcək. Azərbaycan çempionu "Sabah" Finlandiya təmsilçisi "KuPS"-u minimal hesabla üstələyib.
İstanbulda Polşa "Qornik"ini sınağa çəkən Türkiyə nəhəngi "Fənərbağça" da qələbəni 1 qolla bayram edib.
2-ci mərhələnin daha 3 ilk oyunu bu gün keçiriləcək. Cavab görüşləri isə iyulun 28-i və 29-da olacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
21 iyul
İberiya (Gürcüstan) – Slovan (Slovakiya) 0:2
Myelbyü (İsveç) – Linkoln (Cəbəllütariq) 3:0
Ararat-Ermənistan (Ermənistan) – Şamrok Rovers (İrlandiya) 2:0
Sabah (Azərbaycan) – KuPS (Finlandiya) 1:0
Orxus (Danimarka) – Lex Poznan (Polşa) 1:4
Fənərbağça (Türkiyə) - Qornik (Polşa) 1:0
Thun (İsveçrə) – Dinamo Zaqreb (Xorvatiya) 1:1
Şturm (Avstriya) – Harts (Şotlandiya) 4:0
Klaksvik (Farer adaları) – Kauno Jalgiris (Litva) 0:0
Vikinqur (İslandiya) – Hapoel Beer-Şava (İsrail) 2:1
Larne (Şimali İrlandiya) - Srvena Zvezda (Serbiya) 0:4