
Filip Foden "Mançester Siti" ilə müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb.
Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə nəhənginin mətbuat xidməti açıqlayıb.
26 yaşlı yarımmüdafiəçi bütün karyerasını "şəhərlilər"də keçirib və klub akademiyasının yetirməsidir.
O, "Siti" ilə 20 kubok, o cümlədən 6 İngiltərə çempionluğu və bir Çempionlar Liqası titulu qazanıb.
Foden ötən mövsüm Premyer Liqada 33 oyuna çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə edib.