
"İnter Mayami" MLS-də "Çikaqo Fayr" komandasını məğlub edib.
Fanat.Az xəbər verir ki, Mayamidə keçirilən oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesab 18-ci dəqiqədə açılıb. Ev sahibi komandanın qapıçısı Rios Novo topu öz qapısına göndərib. 27-ci dəqiqədə "İnter Mayami"nin hücumçusu Luis Suares penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 51-ci dəqiqədə 39 yaşlı uruqvaylı dubl edib. 67-ci dəqiqədə müdafiəçi Puso Ditthejane hesabı bərabərləşdirib. 87-ci dəqiqədə "İnter Mayami"nin yarımmüdafiəçi Preston Plambek qələbə qolunu vurub.
Bu matç ulduz hücumçu Robert Levandovskinin "Çikaqo Fayr" komandasında debütü ilə yadda qalıb. Bu yay "Barselona"dan ayrılaraq okeanın o tayına yollanan polşalı forvard 62 dəqiqə meydanda olub və qol vura bilməyib.
Mayamililərin ulduzu Lionel Messi dünya çempionatından yeni döndüyü üçün matçda iştirak etməyib.
"İnter Mayami" hazırda MLS Şərq Konfransının turnir cədvəlində 34 xalla ikinci, "Çikaqo Fayr" isə 26 xalla üçüncü yerdədir.
Mirağa