
Lotar Matteus Almaniya futbolunu DÇ-2026-nın qalibini İspaniyadan nümunə götürməyə çağırıb.
Fanat.Az xəbər verir ki, Bundestimin sabiq oyunçusunun fikirlərini "Sky Sport" belə təqdim edib:
"Almaniya İspaniyadan çox şey öyrənə bilər. Musiala, Braun və Pavloviç kimi istedadlarımız var. 19 yaşadək komandamız Avropa çempionatının finalında İspaniyaya qarşı oynadı. Başqa yaxşı gənc oyunçularımız da var. Onları korlamamaq və düzgün istiqamətləndirmək vacibdir. Mənə elə gəlir ki, İspaniyanın gənc oyunçuları bizdən daha dözümlüdürlər. Bəziləri deyir ki, bizdə bacarıq yoxdur. Amma unudurlar ki, Almaniya millisinin bir neçə oyunçusu "Real Madrid", "Arsenal" və "Bayern Münhen"də çıxış edir. Onlar həmin nəhəng klublarda nəyə qadir olduqlarını göstərə bilirlər".
Xatırladaq ki, Almaniya son turnirdə 1/16 finalda Paraqvaya uduzaraq (1:1, penaltilərdə - 3:4) mübarizəni erkən dayandırıb. İspaniya isə finalda Argentinanı yenərək (1:0) mundialın baş mükafatına yiyələnib.
Mirağa