
"Arsenal" Martin Edeqorun transfer qiymətin müəyyənləşdirib.
Fanat.Az "Teamtalk"a istinadən xəbər verir ki, "topçular" 27 yaşlı oyunçu üçün təxminən 90 milyon avro tələb edir. "Transfermarkt" da is oyunçunun dəyəri 70 milyon avro olaraq qiymətləndirir.
2021-ci ilin avqustundan İngiltərə komandasında çıxış edən futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, norveçli yarımmüdafəçi 2025/2026 mövsümündə 36 oyunda 1 qol vurub və 8 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli