
"Atletiko Madrid" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu rəsmi saytı üzərindən PSJ-nin yarımmüdafiəçisi Li Kan İnin keçidini açıqlayıb.
25 yaşlı cənubi koreyalı oyunçu ilə 2031-ci ilin 30 iyununa qədər müddətə müqavilə imzalanıb.
Müqavilənin dəyəri 35 milyon avrodur. Bundan başqa, əlavə 5 milyon avro bonus da nəzərdə tutulub.
Qeyd edək ki, Li Kan İnin PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulmuşdu. O, 2023-cü ildən Fransa nəhənginin uğurları üçün çalışırdı.