
“Kəpəz” yeni mövsüm heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, Gəncə klubu müdafiəçi Urfan Abbasovu heyətinə qatıb.
Onun keçidini klubun mətbuat xidməti yayıb.
33 yaşlı futbolçu ilə mövsümün sonunadək müddətə müqavilə imzalanıb.
Urfan Abbasov son olaraq “Araz-Naxçıvan”da çıxış edib və komandanın kapitanı olub.
Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxıb.