
“Liverpul”un sabiq hücumçusu Darvin Nunyes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal"da mıxış edən uruqvaylı hücumşu “Beşiktaş”la razılıq əldə etməyə yaxındır.
Məlumatı belçikalı tanınmış jurnalist Saşa Tavolyeri özünün sosial şəbəkə hesabı üzərindən yayıb.
Transferin mövsümün sonunadək icarə müqaviləsi əsasında gerçəkləşəcəyi gözlənilir.
Tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.
26 yaşlı forvard geridə qalan mövsümdə "Əl-Hilal" forması ilə 24 matça çıxaraq 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən klub Darvini ötən yay "Liverpul"dan 53 milyon avroya alıb.
Əlisahib İbrahimli