
Azərbaycanın daha bir liqasında püşkatma mərasiminin tarixi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 1-ci Liqasında növbəti mövsümün püşkü avqustun 5-də atılcaq.
Tədbir Peşəkar Futbol Liqasının binasında baş tutacaq və saat 15:00-dan etibarən keçiriləcək.
Qeyd edək ki, Azərbaycan 2-ci Liqası 1 sentyabrda start götürəcək. Çempionatda yenə 12 komanda ("Ağdaş", "Ağstafa Gəncləri", "Difai", "Dinamo", "Kür-Araz", "Qaradağ Lökbatan", "Quba", "Marafon", "Şəki Siti", "Şəmkir", "Şirvan" və "Zəngəzur") mübarizə aparacaq.
Xatırladaq ki, 2025/2026 mövsümündə Azərbaycan 2-ci Liqasında çempion olan "Xankəndi" 1-ci Liqaya vəsiqə qazanıb. Sonuncu yeri tutan “Araz Saatlı” və 10-cu yeri tutmasına baxmayaraq, növbəti mövsüm üçün 2-ci Liqa lisenziyası ala bilməyən “Göygöl” klubları liqanı tərk ediblər. Beləliklə, Region Liqasında yüksək yerləri tutmuş və II Liqa tələblərinə cavab verərək lisenziya əldə etmiş iki klub — Region Liqasının qalibi “Zəngəzur” və finalçısı “Marafon” 2026/27 mövsümündə yarışacaqlar.
Mirağa