
“Fənərbağça” Rafael Leaunun transferi üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, bu barədə məhşur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul klubu tezliklə “Milan” rəhbərliyi və futbolçunun nümayəndələri ilə görüşərək rəsmi təklifini təqdim edəcək.
"Fənərbağça" portuqaliyalı ulduzu birdəfəlik transfer etmək niyyətindədir. Tərəflərin yaxın vaxtlarda yekun qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, Leau ötən mövsüm "Milan" forması ilə bütün turnirlərdə 50 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli