
Azərbaycanın gümüş medalçısı "Qarabağ"ın heyətində göstərdiyi performansla diqqətləri üzərinə çəkən Emanuel Addainin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qanalı vinger karyerasını Belçika təmsilçisi "Löven"də davam etdirəcək.
24 yaşlı cinah hücumçusu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Ötən mövsümü “Qarabağ”ın heyətində keçirən Addai bütün turnirlərdə 49 oyuna çıxaraq 8 qol vurub. Hücumçu UEFA Çempionlar Liqasında da forma geyinib və 8 matçda 1 qolla yadda qalıb.
Qeyd edək ki, o, 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan “Qarabağ”a transfer olunmuşdu.
Kamil Xudiyev