
“Transferləri edəcəyik, bunu hamı da görəcək”.
Fanat.Az "Sabah"a istinadən xəbər verir ki, bu sözləri “Qalatasaray”ın prezidenti Dursun Özbək klubun transfer planları barədə danışarkən bildirib.
O, Camal Musiala transferinin gündəmdə olmadığını bildirib:
“Musiala gündəmimizdə yoxdur. "Transferlər haradadır?" deyə gileylənirlər. Amma nəticədə hər il transferlərimizi edirik və çempion oluruq. Mən "transfer etməyəcəyəm" demişəm? Bəziləri bizə qarşı yenə eyni "oyun"u ortaya qoyur. Artıq buna öyrəşmişik”.
Dursun Özbək komandanın planlı hərəkət etməsi barədə də danışıb:
“Hamı danışır, amma "10+4" legioner limiti var, bunu bilmirlər? Biz planlı irəliləyirik. Futbolçu araşdırmalarımız və planlarımız var. Bunu necə edəcəyimizi yaxşı bilirik. Doğru bildiyimiz yoldan dönmürük. Transfer etmədən dayanmayacağam”.
Qeyd edək ki, İstanbul təmsilçisi yay transfer pəncərəsində hələlik fransalı yarımmüdafiəçi Lesley Uqoçukvunu heyətinə qatıb.
Komandadan ayrılanlar sırasında isə Mauro İkardi, Ahmed Kutucu, Nikolo Zaniolo yer alır. İcarədən geri dönənlər isə Noa Lanq, Yaser Asprilla və Saşa Boyedir.
İbrahimli Əlisahib