
Yay transfer pəncərəsi üçün hazırlıqlarını davam etdirən "Qalatasaray" Kevin de Bröyneni hədəfə alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb" yayıb.
"Sarı qırmızılar" yarımmüdafiə xəttini dünya səviyyəli bir oyunçu ilə gücləndirmək istəyirlər ki, de Bröyne transfer siyahısında əsas namizəddir.
Klub rəhbərliyi həm futbolçunu, həm də "Napoli"ni razı salmaq məqsədilə cəlbedici təklif hazırlayır. "Cimbom" 34 yaşlı futbolçuya yüksək maaşla 2 illik müqavilə təklif etməyi planlaşdırır.
"Napoli" belçikalı oyunçu ilə bağlı hələlik qəti qərar verməyib. Bununla belə, ciddi təklif gələcəyi təqdirdə, İtaliya klubu ulduz futbolçunun komandadan ayrılmasına razılıq verə bilər.
Kevin de Bröyne son mövsümdə 21 oyuna çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli