
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün növbəti sınağına çıxacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" Sumqayıtda "Payde" ilə cavab görüşünə çıxacaqlar. "Socar Polimer Arena" təşkil olunacaq oyun saat 20:00-da başalayacaq.
Ötən həftə Estoniyada baş tutan ilk oyunda 0:1 hesablı məğlubiyyətə üzülən "Zirə" bu gün revanş almağa, beləliklə, mərhələni adlayan tərəf olmağa çalışacaq.
Qeyd edək ki, "Zirə" - "Payde" cütünün qalibi 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün güclüsü ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. Zirə - Payde (Estoniya)
Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)
Sumqayıt. "Socar Polimer Arena".