
Jül Kunde Premyer Liqa klubunun diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "CaughtOffside" yayıb.
Məlumata görə,"Tottenhem" futbolçu üçün "Barselona"ya təxminən 65 milyon avro dəyərində təklif irəli sürməyə hazırlaşır.
London klubunun ciddi marağına baxmayaraq, "Barselona"nın fransalı müdafiəçini satmaq fikrində olmadığı bildirilir.
Fransalı futbolçunun müqaviləsinin müddəti 2030-cu ilin iyununadək qüvvədədir.
Jül Kunde son mövsümdə 47 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli