
Fransanın PSJ klubu "Monako"nun yarımmüdafiəçisi Manes Akliuşun transferi ilə bağlı danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, klublar arasında danışıqlar son mərhələdədir. Tərəflər bütün detalları razılaşdıran kimi 24 yaşlı futbolçu PSJ-yə keçəcək.
Akliuş 2017-ci ildən "Monako"dadır, əsas komandada isə 2022-ci ildən çıxış edir.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə 43 matçda 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Oyunçunun "ağ qırmızı" klub ilə hazırki müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Əlisahib İbrahimli