
Fransişku Konseysau "Yuventus"u tərk edərək "Mançester Yunayted"ə keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Mənbənin məlumatına görə, İtaliya nəhəngi vəsait əldə etmək məqsədilə portuqaliyalı cinah oyunçusunu sata bilər.
Məhz onun malik olduğu xüsusiyyətlərə uyğun oyunçu axtarışında olan "Mançester Yunayted" ona ciddi maraq göstərir. Prosesi məşhur agent Xorxe Mendes idarə edir və o, yaxın günlərdə "qoca sinyora"ya rəsmi təklif çatdıracaq. Britaniya mətbuatının iddiasına görə, İngiltərə təmsilçisi bu sövdələşməyə Luçano Spallettinin xüsusilə bəyəndiyi oyunçu Coşua Zirkzeni də daxil edə bilər. Niderlandlı futbolçunun Konseysau ilə dəyişdirilməsi müzakirə olunur.
Konseysau üçün tələb olunan qiymət 60 milyon avrodur. Vinger ötən yay "Portu"dan daimi əsaslarla 32 milyon avroya transfer edilib. Buna 2024/25 mövsümündəki icarə üçün ödənilən 7 milyon avro və əlavə 3 milyon avro məbləğində bonuslar da daxildir.
Son dünya çempionatında iştirak etmiş portuqaliyalı futbolçu hazırda komandanın hücum xəttində ən yüksək dəyərə malik oyunçudur. O, "Yuventus"dakı iki mövsüm ərzində keçirdiyi 82 oyunda 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın hücumçusu 2025/2026-cı illər mövsümündə ümumilikdə 26 matçda 2 qol və 1 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli