
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk "Dinamo"suna məğlub olan (2:4) "Neftçi" səfərdə minimal hesabla qalib gəldi. Ancaq təbii ki, bu nəticə "ağ-qaralar"ın turu keçməsinə kifayət etmədi. Azərbaycan millisinin sabiq yarımüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb ikinci matçla bağlı nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Neftçi" bu mübarizəni Bakıda uduzdu. Bolqarıstanda keçirilən matçın taleyi ölkəmizdə həll olunmuşdu. Geridönüş ola bilərdi. Ancaq biz hücum xəttində o aqressivliyi görə bilmədik. Hətta oyunun başlanğıcı bizim istədiyimiz kimi oldu, bunu bacardıq. Lakin ardını gətirməkdə çətinlik çəkdik. Zaman-zaman "ağ-qaralar"ın bəzi oyunçuları müdafiədən yarımmüdafiəyə gələrək səhvlərə yol verirdilər. Bu baxımdan qol imkanları həm ilk matça, həm də "Zirə"yə nisbətən daha az oldu. İkinci hissədə daha hücumameyilli, böyük qüvvə ilə irəli atılmağa, riskli oynamağa çalışdıq. Emin Səfərov da meydana çıxandan sonra bir çox qol imkanlarımız olsa da, yararlana bilmədik. Bakıda biz o kobud səhvləri etməsəydik və asan qollar buraxmasaydıq, burada turu keçən tərəf ola bilərdik.
Əlisahib İbrahimli