
"Arsenal" "Nyukasl"ın braziliyalı yarımmüdafiəçisi Bruno Gimarayeşin transferini sonlandırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" nəşri yayıb.
Mənbənin iddiasına görə, London təmsilçisi 28 yaşlı futbolçunun keçidi üçün "Nyukasl"la 90 milyon avro qarşılığında razılıq əldə edib.
Hazırda tərəflər bonuslar və komissiyalarla bağlı son detalları müzakirə edirlər.
Qeyd edək ki, Gimarayeş 2025/2026-cı illər mövsümündə 41 matçda 9 qol vurub və 7 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli