
Portuqaliyada Super Kubok oyunu ilə yeni mövsümün açılışı baş tutub.
Fanat.Az xəbər verir ki, görüşün taleyini 1 qol həll edib.
"Portu" "Torreense"ni 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu ilk yarının sonlarında fərqlənən Viktor Froholdt olub.
Beləliklə, "Portu" tarixi ərzində 25-ci dəfə Portuqaliya Super Kubokunu qazanıb ki, bu da rekorddur. Sözügedən yarışda "Benfika"nın 10, "Sportinq"in isə 9 qələbəsi var.
Xatırladaq ki, "Port" Portuqaliya çempionatının, "Torreense" isə Portuqaliya Kubokunun son qalibidir.
Mirağa