
"Kəpəz" klubunun daha bir azarkeş qrupu yaradılır.
Fanat.Az xəbər verir ki, yeni fanklub “Cavad Xan” adlanacaq.

Azarkeş qrupunun bununla bağlı yaydığı açıqlamada bildirilib ki, "Kəpəz" Peşəkar Futbol Klubuna daha güclü və təşkilatlanmış dəstək vermək məqsədilə "Cavad Xan" Fanat Klubunun yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb.
Hazırda klubun yaradılması ilə bağlı sənədlər hazırlanır. Yaxın günlərdə rəsmi müraciət "Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinə təqdim ediləcək.
Məqsədin "Kəpəz"ə sevgi ilə dəstək olmaq, sağlam azarkeş mədəniyyətini inkişaf etdirmək və Gəncə futbolunun ətrafında həmrəyliyi gücləndirmək olduğu bildirilib.
Yaxın zamanda üzvlük qeydiyyatı və fəaliyyət proqramı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, "Kəpəz"in rəsmi fanklubundan başqa, "Xəmsə", "Kəpəz Ultras" azarkeş qrupları da fəaliyyət göstərir