
"Fənərbağça" "Milan"ın hücumçusu Rafael Leaunu transferində hələ də istəklidir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, İstanbul təmsilçisi 27 yaşlı portuqaliyalını bir illik icarəyə götürmək və müqaviləyə 40 milyon avroluq satınalma şərti əlavə etmək istəyib. Lakin İtaliya nəhəngi bu təklifi qəbul etməyib.
Bununla belə, tərəflər arasında danışıqlar dayanmayıb. Bildirilir ki, "Fənərbağça" yaxın vaxtlarda yeni təkliflə çıxış edəcək.
Əlisahib İbrahimli