
"Real Madrid"in müdafiəçisi Ferlan Mendinin klubdan ayrılacağı gözlənilmir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Madrid Universal" yayıb.
Son vaxtlar yayılan xəbərlərin əksinə olaraq, fransalı futbolçu "kral klubu" ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi istiqamətində danışıq aparmır. Mendinin nümayəndələri də bu iddiaları təkzib edib və onun əsas məqsədinin zədəsini tam sağaldıb meydana qayıtmaq olduğunu bildiriblər.
Mendinin sentyabrın sonlarında yenidən yaşıl meydanlara dönəcəyi gözlənilir.
Qeyd edək ki, Ferlan ötən mövsüm 9 matça çıxıb. O, 2019-cu ildən "Real"ın şərəfini qoruyur. Arxa xətt oyunçusu ümumilikdə 210 oyunda İspaniya nəhənginin formasını geyinib.
Əlisahib İbrahimli