
"Qalatasaray" Səudiyyə Ərəbistanının "Neom" klubunda çıxış edən fransalı mərkəz müdafiəçisi Natan Zeze ilə bağlı ilk rəsmi addımını atıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, "aarı-qırmızılar"ın ilkin təklifi rədd edilib. "Qalatasaray" rəhbərliyinin 21 yaşlı müdafiəçi üçün yeni təklif irəli sürməyi planlaşdırdığı bildirilir.
Ötən yay "Nant"dan 20 milyon avro qarşılığında "Neom"a keçən Zezenin Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər qüvvədə olsa da, onun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Gənc futbolçu "Neom"un heyətində 32 oyuna çıxıb və müdafiədəki oyunundan əlavə, 2 qol və 1 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli