
"Real Madrid" argentinalı futbolçusu Franko Mastantuononu icarəyə göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
İspaniya təmsilçisi və "Fiorentina" arasında aparılan danışıqlar uğurla başa çatıb. 18 yaşlı yarımmüdafiəçi icarə əsasında Florensiya təmsilçisnə keçib.
Mastantuononun 2027-ci ilin iyununda yenidən "kral klubu"na qayıdacağı qeyd olunub.
Argentinalı futbolçu 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 35 matça çıxaraq 3 qola imza atıb.
Əlisahib İbrahimli