
Ötən gün avrokuboklarda keçirilən 3-cü təsnifat mərhələsinin ilk oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
Çempionlar Liqasında mübarizəni davam etdirən "Sabah" cari mövsüm ilk dəfə əliboş qalıb. "Bayquşlar" Danimarkada "Orhus"a uduzublar (1:2).
Nəticədə cari mövsümdə qazanılan əmsal 2.625-də qalıb. Bunun 1.000 əmsalı "Sabah"ın, 0.750-si "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.187-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın xal ehtiyatı 20,125-ə bərabərdir. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsrailin isə 22.375 xalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
Mirağa