
"Barselona"nın futbolçusu Qavi 2026-cı il dünya çempionatında İspaniyanın qələbəsindən sonra verdiyi vədi yerinə yetirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
İspaniya milli komandası "New York New Jersey" stadionunda Argentina ilə keçirilən və əlavə vaxta qədər uzanan gərgin final matçında son dəqiqələrdə vurduğu cavabsız qolla qələbə qazanaraq, tarixində ikinci dəfə dünya futbolunun zirvəsinə yüksəlib.
"Barselona"nın yarımmüdafiəçisi çempion olduqları təqdirdə saçını çəhrayı rəngə boyadacağına söz vermişdi və o, həqiqətən də görünüşünü dəyişmək üçün bərbərə müraciət edib.
Qavi bu barədə şəxsən öz "İnstaqram" hesabında paylaşım edərək, cəsarətli dəyişikliyin nəticəsini əks etdirən foto yayımlayıb.
Yeni açıq çəhrayı saç rəngini nümayiş etdirən Qavi həmin fotoya "Sözünün ağası" ifadəsini əlavə edib.

Lamin Yamal isə Qavinin paylaşımına "sevinc göz yaşları" emojiləri ilə reaksiya verib.
Qeyd edək ki, "Barselona"ya qayıtmazdan əvvəl Qavinin hələ bir neçə günlük məzuniyyəti qalıb. Futbolçunun mövsümöncəsi hazırlıqlara başlamaq üçün avqustun 12-də milli komandadakı həmkarları ilə birlikdə düşərgəyə qoşulması nəzərdə tutulub.
Əlisahib İbrahimli